Zubir “Qarabağ”dan getdi – yeni klubu bəlli oldu
“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir komandadan ayrılıb.
TodayPress TV xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını Qətərdə davam etdirəcək.
O, “Əl-Şahaniya” klubuna keçib.
Məlumata görə, Zubir yeni klubunda “Qarabağ”dakı maaşından daha çox qazanacaq.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a transfer olunmuşdu.