XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirildi

XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirildi
18.05.2026 17:12 Hərbi

Cari il üçün təsdiq olunmuş hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) N hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi heyətə və maddi-tədris bazasına keçirilən sıra baxışı hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi ilə sona çatıb.

Yoxlama zamanı silah və texnikanın, maddi-texniki təminat vasitələrinin varlığı və vəziyyəti yoxlanılıb. Həmçinin, bölmələrin ərazidə operativ-taktiki və qərargah fəaliyyətləri qiymətləndirilib.

Eyni zamanda, hərbi qulluqçuların fiziki və atəş hazırlıqlarının yoxlanılması məqsədilə onlardan fərdi qaydada normativlər qəbul edilib.

İnspeksiya yoxlamasının sonunda hərbi qulluqçuların nəzəri və praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmətin müasir tələblər çərçivəsində təşkili istiqamətində aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilib.

TodayPress TV

FOTOLAR

XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirildi — 1
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirildi — 2
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirildi — 3
XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirildi — 4
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər