Səfərbərlik Xidməti rəisi fəaliyyətin əsas istiqamətlərini açıqladı

Səfərbərlik Xidməti rəisi fəaliyyətin əsas istiqamətlərini açıqladı
26.06.2026 21:40 Hərbi

Dövlət Xidməti ümumilikdə bütün kateqoriyalar üzrə tibbi şəhadətləndirmə proseslərinin idarə olunması, tərxisdən sonra qeydiyyata alınma, səfərbərlik məsələləri, o cümlədən təlim və toplanışlarla bağlı iş, hərbi nəqliyyat vasitələrinə aid edilən nəqliyyat vasitələrinin qeydiyyatı və uçotu, müharibədə iştirak edən şəxslərə veteran statusunun verilib-verilməməsi, təxsis (bron) məsələsi, gənclər arasında vətənpərvərliyin təbliği, eləcə də maarifləndirmə və digər istiqamətlər üzrə fəaliyyət göstərir.

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.

Xidmət rəisinin sözlərinə görə, son 3 ildə Dövlət Xidmətində 414 nəfər həqiqi hərbi xidmətə hərbi qulluqçu kimi, 504 nəfər isə mülki işçi kimi işlə təmin olunub.

O qeyd edib ki, son 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 100-dən artıq fakt üzrə materiallar isə prosessual qərarların qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.

General-mayor müsahibəsində ictimaiyyətdə geniş işlədilən “neqodnı” ifadəsinə də aydınlıq gətirib. O bildirib ki, burada söhbət 3 ildən bir yenidən tibbi komissiyadan keçməli olan şəxslərdən gedir.

Mürsəl İbrahimov əlavə edib ki, hərbi xidmətdən yayınan şəxslərlə bağlı normalar qanunvericilikdə də öz əksini tapıb.

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər