Azərbaycan ordusunun ən təsirli kadrı: Bayrağı son ana qədər buraxmayan naməlum əsgər

Azərbaycan ordusunun ən təsirli kadrı: Bayrağı son ana qədər buraxmayan naməlum əsgər
26.06.2026 09:38 Hərbi

"1992-ci ilin 18 mayı. Laçının işğal günündə ermənilər video kadrlar çəkiblər. Bu foto həmin videodan "screen"dir. Maşının içində əlində avtomatla ölən adı bəlli olmayan bu əsgərimiz ermənilərin bayrağı qoparmaması üçün son dəfə əlini uzadır və şəhid olur. Kadrda davam olaraq işğalçı erməni maşının pəncələrini qıraraq onun əlindən avtomatı alır".

TodayPress TV xəbər verir ki, bunu tarixçi Zaur Əliyev sosial media hesabında yazıb.

O bildirib ki, hər dəfə 26 iyun Milli Ordu günü, Silahlı qüvvələr günündə bu kadrları xatırlayır.

"Azərbaycan əsgərinin bayraq sevgisi və vətən sevgisi. 1918-ci ilin 26 iyununda Əlahiddə Azərbaycan Korpusu ilə başlanan Milli Ordumuz çox çətinliklər və əziyyətlər yaşayıblar. Böyük imperiyalarım havadarlıq etdiyi dövlətlər ilə savaşıblar. Müvəqqəti məğlubiyyətlərə baxmayaraq Qalib Ordu olublar sonunda. 1918-ci ildən torpaqları azad edib, 1920-ci ilin əvvələrində Şuşa və Xankəndində bayraq qaldıran ordunun varisləri 2020-ci ildə Şuşada, 2023-cü ildə isə Xankəndində onu bir kərə yüksələn bayraq bir daha enməz şüarı ilə bərpa ediblər".

Tarixçi vurğulayıb ki, üç rəngli bayraq Cümhuriyyətin bizə mirası, tariximizdə olan böyük dövlətlərin rənglərdir:

"Hər bir döyüşə gedən, hərbi xidmətə gedən və istənilən formada, hərbi yoxsa mülki geyimdə Vətəni qoruyanlar üçün bu üç rəng və onun ayı-ulduzu ölmək var, enmək yoxdu deyilərək Candan əziz, ömürdə dəyərli olub.

Bu əsgərimiz, Natiq Qasımov və digərləri kimi. Bayrağı bayraq edən onun əsgəri, zabiti və ordusudur. Bayrağın hər rənginin üzərində şəhidin, qazinin və əsgərin, zabitin qanı var. Bu qan min illərdən bəri davam edən dövlətçilik tariximizin damarından axır. 26 iyunu da iyun edən ordumuz və silahlı qüvvələrimiz kimi...".

Zaur Əliyev qeyd edib ki, Vətən üçün övlad yetişdirib onu Ordunun bir parçası edən valideyinlər başda olmaqla Ordu üzvü olan, olmuş və olacaq hər bir Azərbaycan vətəndaşı təbrikə layiqdir.

"Doğulanda və öləndə əlimizdə Bayraq olsun, Dövlət var olsun. Millət və xalq var olsun. Azərbaycan var olsun. Ordumuz var olsun".

Həmin şəkli təqdim edirik:


Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər