İtaliyalı zabitə “Dənizçi kortiki” hədiyyə olundu

İtaliyalı zabitə “Dənizçi kortiki” hədiyyə olundu
23.05.2025 10:42 Hərbi

"Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, hər iki ölkənin hərbi qulluqçular yetişdirən xüsusi təyinatlı təhsil müəsisələrində təhsilin təşviqi məqsədilə uğur qazanaraq fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim olunur.

TodayPress TV xəbər verir ki, İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən kiçik leytenant Rikardo Romanoya Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki” hədiyyə edilib. Hədiyyə italiyalı zabitə Azərbaycan Respublikasının İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi tərəfindən təqdim olunub.

Qeyd edək ki, Niyyət Protokolunun müddəalarına uyğun olaraq, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya HDQ komandanlığı adından “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər