Hərbçilərimiz artilleriya və minaatanlardan atışlar icra etdilər

Hərbçilərimiz artilleriya və minaatanlardan atışlar icra etdilər
05.05.2026 11:01 Hərbi

Azərbaycan hərbi qulluqçularının iştirakı ilə Türkiyədə keçirilən "EFES - 2026" çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.

"İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir", - məlumatda vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər