General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO

General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO
17.08.2026 17:47 Hərbi

Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olan, “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenli general-mayor Abbasəli Ramazan oğlu Novruzovun dəfn mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə mərhumun xatirəsi ehtiramla yad edilmiş, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

TodayPress TV

FOTOLAR

General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO — 1
General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO — 2
General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO — 3
XƏBƏR LENTİ
17 AVQUST 2026
Bütün Xəbərlər