Tovuzda 65 yaşlı qadın güllələndi, qardaşı oğlu tutuldu

Tovuzda 65 yaşlı qadın güllələndi, qardaşı oğlu tutuldu
07.08.2026 14:28 Hadisə

Tovuzda 65 yaşlı qadın güllələnərək qətlə yetirilib.

TodayPress TV hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada baş verib.

Qətlə yetirilən şəxsin 1961-ci il təvəllüdlü M. İsayeva olduğu müəyyənləşib.

İlkin məlumata görə, qadın qardaşı oğlu, 1997-ci il təvəllüdlü Ülvi İsayev tərəfindən öldürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər