Təqaüdçüləri aldadıb pullarını mənimsədi

Təqaüdçüləri aldadıb pullarını mənimsədi
07.08.2026 17:15 Hadisə

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb.

TodayPress TV  xəbər verir ki,  Lənkəranda bankomatdan pul çıxarmaq üçün kömək istəyən şəxslərin vəsaitlərini oğurlayan 44 yaşlı, əvvəllər məhkum olunmuş Ruhid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib ki, o, bankomatdan pul çıxarmaqda çətinlik çəkən təqaüdçülərə kömək etmək adı ilə onların kartlarındakı vəsaitləri ələ keçirib. Araşdırmalar zamanı onun bu üsulla ümumilikdə 7 nəfərin pulunu taladığı məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər