Özlərini jurnalist kimi təqdim edərək pul tələb edən şəxslər saxlanıldı
Hadisə
18.12.2025 12:29
Balakəndə özlərini jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.
TodayPress TV xəbər verir ki, rayonda özlərini jurnalist kimi təqdim edən iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb. Məlumata görə, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
tag: DİN,Jurnalist,Pul,Həbs,Todaypress.tv,
