Qatar 53 yaşlı kişini vurdu, tanınmaz hala saldı

Qatar 53 yaşlı kişini vurdu, tanınmaz hala saldı
25.07.2026 11:36 Hadisə

Hacıqabul rayonunda sərnişin qatarının vurduğu 53 yaşlı kişi hadisə yerində həyatını itirib.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Nəvahi kəndi ərazisində baş verib.

Məlumata görə, Bakı–Gürcüstan istiqamətində hərəkət edən sürət qatarı 1973-cü il təvəllüdlü, Nəvahi kənd sakini Arif Şirin oğlu Ataşovu vurub. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, hadisə gecə saatlarında Atbulaq–Pirsaat sahəsində qeydə alınıb. Qatarın maşinisti tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ADY vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş keçidlərdən keçməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər