Güclü külək “Amay”da bədbəxt hadisəyə səbəb oldu - Yaralanan var
Bakıda əsən güclü külək bədbəxt hadisəyə səbəb olub.
TodayPress TV xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, külək nəticəsində “Amay” ticarət mərkəzinin binasından qopan yad cisim ərazidən keçən orta yaşlı kişinin başına düşüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərilib.