Füzuli Dövlət Dram Teatrının direktoru vəfat etdi
Hadisə
04.11.2025 21:20
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
Onun sözlərinə görə, bu gün günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılan atasının halı qəfildən pisləşib və vəfat edib.
Qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub.
O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda Mədəni-maarif fakultəsində təhsil alıb.
1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri və direktoru vəzifələrində fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi 1989-cu ildən bu günə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.
tag: Füzuli Dövlət Dram Teatrı,Mədəniyyət İşçisi , Ölüm, Xəstəxana, todaypress.tv,
