Cəlilabadda güclü partlayış: transformator alışıb yandı - VİDEO
Cəlilabad rayonunun Uzuntəpə kəndində elektrik transformatorunda partlayış baş verib.
TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, hadisə kənd ərazisində yerləşən elektrik transformatorunda qeydə alınıb.
Qəfil partlayışdan sonra transformator və ətraf ərazidə yanğın yaranıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Partlayışın səbəbləri araşdırılır.
Hadisə ilə əlaqədar ətraf ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.