Bərdədə 79 yaşlı kişi kanalda boğuldu

Bərdədə 79 yaşlı kişi kanalda boğuldu
31.07.2026 11:47 Hadisə

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

TodayPress TV xəbər verir ki,  hadisə rayonun Hacıəhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsərkən ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. O, suda boğularaq həyatını itirib.

Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.



XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər