Bayramın qardaşı analarını öldürdü

Bayramın qardaşı analarını öldürdü
01.08.2026 11:53 Hadisə

Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.

TodayPress TV APA-ya istinadla xəbər verir ki, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

S.Məmmədova NİDA Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasıdır.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər