Abşeronda 19 yaşlı gənc 12-ci mərtəbədən yıxılaraq öldü
Hadisə
01.11.2025 22:45
Abşeronda bədbəxt hadisə baş verib.
TodayPress TV xəbər verir ki, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb.
Məlumata görə, yeniyetmə oğlan sözügedən binada yaşamayıb. O binaya hazırlığa gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, 19 yaşlı şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb:
“01.11.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.
tag: Abşeron,Hadisə, Kristal, Bina, Atışma, todaypress.tv,
