77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO

77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO
01.07.2026 09:28 Hadisə

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Yelmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, Y.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.

Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan Y.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.

TodayPress TV

FOTOLAR

77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO — 1
77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO — 2
77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən öldü - FOTO — 3
XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər