Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”

Tahir İmanov: “Mən qardaşdan yetim qaldım...”
30.09.2025 14:29 Gündəm

“Mənim üçün qardaşım Cabir çox dəyərli idi. Uca Allahın köməyi ilə mən ailəmlə gözəl illər yaşamışam. Cabir 49 il həyatımızda oldu. Amma o, doğrudan da çox görkəmli, zəngin, dolu və işıqlı ömür sürdü. İlk illərimiz valideynlərimizin və Allahın sayəsində qayğısız keçdi. Şuşalı, Şuşasız günlərimiz oldu, amma şükürlər olsun ki, yenidən Şuşalı günlərimizi yaşadıq”.

Bu sözləri TodayPress TV-yə Cabir İmanovun qardaşı Tahir İmanov deyib.

“Çoxları Cabiri mənfi tərəfdən göstərməyə çalışsa da, Allahın verdiyi dəyəri heç kim ala bilməz. Cabir nümunəvi ata, nümunəvi oğul, nümunəvi nəvə idi. Mən ondan böyük olsam da, çox şeyi məhz ondan öyrənmişəm. Bəlkə də, elə buna görə ömrünün sonunda məndən əvvəl dünyasını dəyişdi. Harda olurdu olsun, istər əvvəl, istər qələbədən sonra – həyatımızın mənası yalnız Şuşa idi. Çünki təməl belə qoyulmuşdu. Bu təməli isə görkəmli bəstəkar Süleyman Ələsgərov qoymuşdu”, - deyə o əlavə edib.

Tahir İmanov, həmçinin bildirib:

“Eşq olsun Ali Baş Komandanımıza! Məhz o bizi Qarabağa gətirdi. Müharibə başlayanda Cabir çox sarsılmışdı, özünü tapa bilmirdi. Mənim anam, atam, hətta gəlinimiz də şahiddir ki, Cabir müharibəyə getmək istəyirdi. Dövlətimiz isə ona bildirdi ki, hələ onun növbəsi deyil, gözləməlidir. Sonra mən də getdim. Amma ona demədim. Şuşa azad olunandan sonra dövlətimiz Cabirə çox məsuliyyətli tapşırıq verdi. Yadınızdadırsa, Şuşada ilk konserti Dövlət Təhlükəsizlik Xidməti təşkil etmişdi və bu iş məhz Cabirə həvalə olunmuşdu. Cabir mənə zəng edib dedi: “Mən Şuşaya gedirəm, amma sən də aparıcı olmalısan”. Mən isə dedim: “Mən aparıcı yox, fəhləsi olmağa da razıyam, amma mütləq orda olacağam”. Beləcə, Cabirin rəhbərliyi ilə sənət adamlarımız Şuşada azadlıq gününü qeyd etdilər”.

Tahir İmanov son olaraq nitqini bu cür yekunlaşdırıb:

“Düz beş gün əvvəl biz Cabirlə, ailələrimizlə birlikdə yenə Şuşada olduq. Keçən həftənin üçüncü günü qayıtdıq. Bəstəkar Süleyman Ələsgərov haqqında ailəmizin çəkdiyi bədii filmin çəkilişlərində iştirak etdik. Cabir də həmin çəkilişlərdə oldu. Sonra dron çəkilişi zamanı cihaz Daşaltı tərəfə düşmüşdü. Mən zarafatla dedim: “Cabir, tapılmasa, məni bağışla”. O isə cavab verdi: “Narahat olma, bu sadəcə sınaqdır. Əsas xoşbəxtlik odur ki, uşaqlarımız Şuşanı görür". Biz həmişə Şuşa ilə yaşamışıq, Şuşa ilə nəfəs almışıq. Cabir də ömrünün son günlərinədək bu amal ilə yaşadı. Mən qardaşdan yetim qaldım”.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Bütün Xəbərlər