Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq!
Hollivudun əfsanəvi aktyoru və BJP lideri Cimi kimi tanıdığımız Mithun Çakraborti bu gün 75 illik yubileyini qeyd edir.
TodayPress TV xəbər verir ki, doğum günündə sənətçinin karyerası ilə yanaşı, iki il əvvəl müsəlmanlara qarşı böyük nifrət nitqi qalmaqalı da yenidən gündəmə gəlib.
Belə ki, aktyor Qərbi Benqalın Hovrah şəhərində keçirilən siyasi tədbirdə müsəlman icmasını hədəf alaraq olduqca sərt və təhqiramiz ifadələr işlətmişdi.
O, çıxışında "Bir gün gələcək ki, sizi doğrayıb torpağa basdıracağıq..." deyərək bölgədəki müsəlmanları "xarici miqrant" adlandırmışdı.
Dini zəmində qarşıdurmanı qızışdıran bu təhrikedici nitqə görə Kolkata polisi aktyora qarşı rəsmi cinayət işi açmış, hadisə müxalifət və müsəlman təşkilatlarının kəskin etirazı ilə yanaşı, xarici qanqsterlərin hədə-qorxularına da səbəb olmuşdu.
Jalə Rövşən