Ceki Çan Azərbaycandadır
Dünya kinosunun əfsanəvi aktyorlarından Ceki Çan yeni filminin çəkilişləri üçün Azərbaycana gəlib.
TodayPress TV xəbər verir ki, məlumata görə, 72 yaşlı aktyor “Allahın zirehi 4: Ultimatum” filminin çəkilişlərində iştirak edəcək. Filmin çəkilişləri Azərbaycanla yanaşı, Qazaxıstanda da aparılır.
Yeni ekran işinin 2027-ci ilin ikinci rübündə dünya üzrə nümayiş etdirilməsi planlaşdırılır.
Kübra Musayeva