Cabir İmanovun vəfat etdiyi idman zalından AÇIQLAMA
Əməkdar artist Cabir İmanov vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında dünyasını dəyişib.
TodayPress TV məlumatı dəqiqləşdirmək üçün sözügedən ərazidə yerləşən “JV Fitness” idman zalı ilə əlaqə saxlayıb.
İdman zalından bildirilib ki, hazırda bu barədə heç bir məlumat verə bilməzlər.
Qeyd edək, 49 yaşlı aktyorun idman zalında infarkt keçirdiyi deyilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Nicat Osman