18 yaşında yox, 30 yaşında görünürlər - Həkimdən Taleh Yüzbəyova dəstək

18 yaşında yox, 30 yaşında görünürlər - Həkimdən Taleh Yüzbəyova dəstək
15.07.2026 12:12 Gündəm

"Taleh Yüzbəyov az və ehtiyatlı deyib. Mən desəm daha ağır danışardım. Qüsursuz insan yoxdur, qüsurlarını gücə və şarma çevirə bilən insanlar var. Eybəcər qadın yoxdur, baxımsız qadın var. Hər qadın təkrarolunmaz və özünə bənzəməlidir. Ancaq özünə!".

TodayPress TV xəbər verir ki, bunu tanınmış həkim Müşfiq Hüseynov deyib.

O, xüsusilə gənc yaşlarda estetik prosedurların və kosmetik müdaxilələrin geniş yayılmasını tənqid edib. 

"Əgər bir qadının gənc yaşda çox ciddi fizioloji qüsuru yoxdursa, yaşı 40-50 olmayıbsa, hər hansı kosmetik prosedur və əməliyyat edənin də, elətdirən valideynin də ağlına da, zəkasına da ciddi şübhəm var. Builki bəzi 11-ci sinif məzunlarına diqqət etdim. Sanki məzuniyyət törəni yox, toydur. Qarşındakı da 18 yaşda gənc qız yox, 30 yaşda üzü üzlər görmüş qadındır".

Həkim gənc xanımlara müraciət edərək təbiiliyin və fərdiliyin daha dəyərli olduğunu vurğulayıb:

"Hörmətli gənc xanımlar, əgər kişilərin diqqətini çəkmək istəyirsinizsə, sevimli, sevilən, hörmətli olmaq istəyirsinizsə, olduğunuz kimi qalın. Güc individuallıqdadır. Kütləviləşməyin! Hamıya oxşamayın". 

Qeyd edək ki, son günlər tanınmış aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamı tənqidlərə məruz qalıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər