Müəllimlərin sertifikatlaşdırılması prosesi davam edir

Müəllimlərin sertifikatlaşdırılması prosesi davam edir
24.06.2025 11:36 Elm və Təhsil

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin dördüncü günü başlayıb.

Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib.

24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak edirlər.

Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 6142 nəfər müəllim dəvət olunub.

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərimizə uğurlar arzulayırıq!

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər