Elm və təhsil naziri Astarada vətəndaşları qəbul etdi

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul etdi
30.05.2025 17:23 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayev mayın 30-da Astara şəhərində vətəndaşları qəbul edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.  Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər. 

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. 

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

FOTOLAR

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul etdi — 1
Elm və təhsil naziri Astarada vətəndaşları qəbul etdi — 2
Elm və təhsil naziri Astarada vətəndaşları qəbul etdi — 3
XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər