Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçiminə start veriləcək

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçiminə start veriləcək
04.06.2025 16:25 Elm və Təhsil

05 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib.

Nəzərinizə çatdırırıq ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

–  Alternativ qeydiyyat mərkəzlərinə

–  Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

–  ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, 06 may 2025-ci il tarixindən etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrinin birinci sinfinə qəbul prosesində prioritet tətbiq edilirdi.  Proses 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər