“Zirkon”un Ukraynada sürəti 7–7,8 min km/saatı keçdi

Dünya

03.02.2026 16:41

Rusiya tərəfindən Ukraynaya endirilən zərbələrdə istifadə olunan “Zirkon” hipersəs raketlərinin sürəti 7 min km/saatdan yuxarı olub.

TodayPress TV xəbər verir ki, Ukrayna mənbələrinin bildirdiyinə görə, raketlərdən biri 7100 km/saat, digəri isə 7800 km/saat sürət yığıb.

Qeyd olunur ki, ölçmələrdə texniki səhvlər mümkündür, lakin bu göstəricilər hipersəs silahları üçün xarakterik hesab edilir. Hipersəs sürəti 6150–12 300 km/saat diapazonunda qiymətləndirilir və “Zirkon”un maksimal sürətinin daha yüksək ola biləcəyi istisna edilmir.

Məlumata görə, “Zirkon”un texniki xüsusiyyətləri rəsmi şəkildə açıqlanmır. Raketin təxminən 1000 km uçuş məsafəsinə və 400 kq-lıq döyüş başlığına malik olduğu, həm dəniz, həm də yerüstü hədəfləri vurmaq imkanına sahib olduğu bildirilir.

Yanvarda analitik Draqo Bosniç “Zirkon”un yaxınlaşmasının müdafiə tərəfi üçün “ölüm hökmü” olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə raketlərin aşkarlanması və cavab tədbiri üçün cəmi bir neçə saniyə vaxt qalır.

Qiymət Mahir

tag: Ukrayna,Rusiya ,Zirkon,Raket,Todaypress.tv,