Zəncanda partlayış: SEPAH-ın 14 hərbi qulluqçusu həlak oldu
İranın Zəncan əyalətində partlamamış sursatların zərərsizləşdirilməsi əməliyyatı zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 14 hərbi qulluqçusu həlak olub, daha iki nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Iran International" telekanalı SEPAH komandanlığının bəyanatına istinadən məlumat yayıb.
SEPAH-ın Zəncandakı "Ənsar əl-Mehdi" bölməsi bildirib ki, partlayış sapyor qruplarının son vaxtlar həyata keçirilən ABŞ-İsrail aviabombardmanlarından sonra ərazidə qalmış partlamamış hərbi sursatları müəyyən etmək və zərərsizləşdirmək üçün zonaya daxil olduğu zaman baş verib.
Aysel Mətləb