Zelenski hadisə yerindən Rusiyanı HƏDƏLƏDİ - VİDEO

Zelenski hadisə yerindən Rusiyanı HƏDƏLƏDİ - VİDEO
02.07.2026 18:57 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket zərbəsi endirdiyi Kiyev şəhərinə gedib.

TodayPress TV xəbər verir ki, dövlət başçısı hadisə yerində vəziyyətlə tanış olub, dağıntılara baxış keçirib və aidiyyəti qurumların nümayəndələri ilə görüşüb.

Zelenski burada çıxışı zamanı bildirib ki, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə ehtiyac var. Onun sözlərinə görə, Rusiyanın kütləvi ballistik raket hücumlarının qarşısını almaq üçün ölkəyə daha çox “Patriot” raketi lazımdır.

Ukrayna Prezidenti həmçinin tərəfdaş ölkələri daha əvvəl razılaşdırılmış silah tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bununla yanaşı, Zelenski Rusiyanın bu gün Kiyevə endirdiyi zərbənin cavabsız qalmayacağını vurğulayıb.

“Bugünkü hücuma görə Rusiya ədalətli cavab alacaq”, – deyə Ukrayna Prezidenti bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər