Zelenski diaqnoz qoydu: Rusiya dağılır, Şimali Qafqaz azadlığa qovuşur
Rusiya keçmiş sovet ölkələrində təsir gücünü itirib və ölkə daxilində, xüsusilə Şimali Qafqaz kimi bölgələrdə sabitlik zəifləyib.
TodayPress TV xəbər veri ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Ermənistanda hakimiyyətin qərbyönlü qüvvələrin qələbəsini Moskvanın regiondakı təsirinin azalmasının göstəricisi kimi qiymətləndirib.
Zelenski bunu Ermənistanın müstəqilliyə doğru atdığı addım və regionda Rusiyadan uzaqlaşma tendensiyasının bir hissəsi adlandırıb.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib və Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası qalib olub. Nikol Paşinyan son dövlərdə Qərbə meyilli siyasət yürüdür.
Jalə Rövşən