Yəmən TƏCİLİ səfərbərlik edir

Yəmən TƏCİLİ səfərbərlik edir
28.09.2026 20:40 Dünya

Yəmən parlamenti Prezident Şurasının sədri Rəşad əl-Əliminin ölkədə ümumi səfərbərliyin elan edilməsi ilə bağlı müraciətini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, qərarın husilərin hərbi eskalasiyasına qarşı mübarizə, vətəndaşların müdafiəsi, ölkənin konstitusion legitimliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması məqsədi daşıdığı bildirilib.

Qərara əsasən, ümumi səfərbərlik elan edildiyi gündən qüvvəyə minəcək və onun başlanmasına səbəb olan amillər aradan qaldırıldıqdan sonra başa çatdırılacaq.

Parlament iclasında, həmçinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmən hakimiyyətinə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Koalisiyanın dövlət institutlarının bərpasına yardım etdiyi vurğulanıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər