Manatla bağlı diqqətçəkən statistika: 12 faizdən çox azalma...

Manatla bağlı diqqətçəkən statistika: 12 faizdən çox azalma...
28.09.2026 21:55 İqtisadiyyat

Bu ilin avqust ayının sonuna Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.

TodayPress TV xəbər verir ki, Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən apardığı hesablamaya görə, bu göstərici 2026-cı ilin iyul ayının sonu ilə müqayisədə 0,04 bənd və ya 1,33 faiz, 2025-ci ilin avqust ayının sonu ilə müqayisədə isə 0,42 bənd və ya 12,4 faiz azdır.

Belə ki, 2026-cı ilin iyul ayının sonuna manatın dövretmə sürəti 3,00 bənd, 2025-ci ilin avqust ayının sonuna isə 3,38 bənd təşkil edib.

AMB-nin statistik məlumatlarından görünür ki, 2026-cı ilin əvvəlindən manatın dövretmə sürəti 2,83- 3,02 bənd aralığında dəyişib. Yanvar ayının sonuna bu göstərici 2,84 bənd, fevral ayının sonuna 2,83 bənd, mart ayının sonuna 2,97 bənd, aprel ayının sonuna 2,96 bənd, may ayının sonuna 2,96 bənd, iyun ayının sonuna 3,02 bənd, iyul ayının sonuna 3,00 bənd, avqust ayının sonuna isə 2,96 bənd olub.

Məlumata əsasən, 2025-ci il ərzində də manatın dövretmə sürətində dəyişikliklər qeydə alınıb. İlin əvvəlində, yəni yanvar ayının sonuna göstərici 3,26 bənd təşkil edib. Fevralda 3,23 bənd, martda 3,36 bənd, apreldə 3,33 bənd, mayda 3,36 bənd, iyunda 3,37 bənd, iyulda 3,39 bənd, avqustda 3,38 bənd, sentyabrda 3,41 bənd, oktyabrda 3,45 bənd, noyabrda 3,38 bənd, dekabrda isə 3,20 bənd olub.

Cədvəldəki illik məlumatlara görə, manatın dövretmə sürəti 2015-ci ilin sonunda 6,26 bənd, 2016-cı ildə 5,20 bənd, 2017-ci ildə 5,63 bənd, 2018-ci ildə 5,45 bənd, 2019-cu ildə 4,48 bənd, 2020-ci ildə 3,57 bənd, 2021-ci ildə 3,89 bənd, 2022-ci ildə 4,53 bənd, 2023-cü ildə 3,48 bənd, 2024-cü ildə isə 3,45 bənd təşkil edib.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda 2,68 bənd səviyyəsində qeydə alınıb. Göstəricinin ən yüksək həddi isə 2005-ci ildə 15,72 bənd təşkil edib.

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər