Rusiyada fişəng zavodu alovlara büründü: Ölənlər var - VİDEO

Rusiyada fişəng zavodu alovlara büründü: Ölənlər var - VİDEO
28.09.2026 19:30 Dünya

Rusiyanın Yaroslavl vilayətində Pereslavl-Zalesski yaxınlığında yerləşən fişəng istehsalı müəssisəsində yanğın baş verib, beş nəfər həlak olub, bir nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Aşmış konstruksiyaların təmizlənməsi zamanı beş nəfərin meyiti aşkarlanıb. Ayağından xəsarət alan bir qadın təcili tibbi yardım briqadasına təhvil verilib", - deyə məlumatda bildirilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər