Ukrayna səfiri Azərbaycana təşəkkür etdi: "Bunu heç vaxt unutmayacağıq"
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev müharibə nəticəsində zərər çəkmiş ukraynalı uşaqlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirib.
TodayPress TV xəbər verir ki, bəyanat reabilitasiya proqramında iştirak etmək üçün Xarkov və Xerson vilayətlərindən növbəti uşaq qrupunun gəldiyi Bakı aeroportunda səsləndirilib.
"Biz bu dəstəyi çox yüksək qiymətləndiririk və bunu heç vaxt unutmayacağıq. Bu proqram Ukrayna və Azərbaycan uşaqlarını, onların ailələrini və xalqlarımızı birləşdirir", - deyə Y. Qusev vurğulayıb.
Aysel Mətləb