Kortların iki ulduzu bir arada: Alkaras və Federer Leyver Kubokunu bəzədilər!
Dünyanın üç nömrəli raketkası, ispaniyalı tennisçi Karlos Alkaras "Leyver Kuboku - 2026" turniri zamanı keçmiş dünya birincisi Rocer Federerlə birlikdə yedikləri naharın təfərrüatlarını bölüşüb.
TodayPress TV xəbər verir ki, Alkarasın sözlərini ispaniyalı jurnalist Xose Moron "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
"Biz nahar edirdik, birdən Rocer gəldi, boşqabını götürüb bizimlə bir masaya əyləşdi. Nə haqqında danışdığımızı deməyəcəyəm, çünki bu, şəxsi bir an idi. Söhbətimiz aramızda qalacaq, lakin hər şey çox əla idi. Hərdən turnirlərdə görünəndə Roceri görürəm, lakin tur çərçivəsində onunla vaxt keçirmək çox nadir hallarda nəsib olur.
Məhz buna görə Leyver Kuboku çox özəldir - çünki burada Rocerlə daha çox vaxt keçirə, kortdan kənarda ünsiyyət qura və suallarımı verə bilirəm. Bu, möhtəşəmdir, belə anları çox sevirəm", - deyə Alkaras bildirib.
Namiq HUN