Dünyanın 1 nömrəsinə ölkə başçısından tərif: "Qazaxıstanı layiqincə təmsil edirsiniz!"

Dünyanın 1 nömrəsinə ölkə başçısından tərif: "Qazaxıstanı layiqincə təmsil edirsiniz!"
28.09.2026 15:01 İdman

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üçqat "Böyük Dəbilqə" çempionu, dünyanın bir nömrəli raketkası, qazaxıstanlı tennisçi Yelena Rıbakinanın kortda və kortdan kənardakı nizam-intizamını və davranışını yüksək qiymətləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Kursiv" nəşri məlumat yayıb. 

"Siz kortda və insanlarla ünsiyyət zamanı özünüzü çox ləyaqətlə aparırsınız. Mən hər zaman sizin son dərəcə yüksək şəxsi mədəniyyətinizi xüsusi qeyd edirəm. Bu, həm də Qazaxıstanın idmanın, o cümlədən tennisin dəstəkləndiyi inkişaf etmiş və sivil bir dövlət kimi təqdim olunması baxımından böyük əhəmiyyət kəsb edir", - deyə Tokayev bildirib.

Qeyd edək ki, Yelena Rıbakina 2026-cı ildə "Australian Open" və "US Open" turnirlərinin qalibi olub, 2022-ci ildə isə "Uimbldon"da çempionluq sevinci yaşayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər