Konkisürənimizin "Formula-1" tərcihi: Pluşenko Bakıda Leklerə azarkeşlik etdi!
İkiqat olimpiya çempionu Yevgeni Pluşenkonun oğlu, Azərbaycanı təmsil edən 13 yaşlı fiqurlu konkisürən Aleksandr Pluşenko "Formula-1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində sevimli sürücüsünün kimliyini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Sport24" nəşri məlumat yayıb.
"Biri gün elə Azərbaycana uçuram. Orada bir neçə gün məşq edəcəyəm. Təlim-məşq toplanışına yox, sadəcə yarışlardan sonra istirahət etməyə gedirik. "Formula-1" yürüşünə də baxmaq istəyirdik. "Ferrari"nin pilotu Şarl Lekler xoşuma gəlir", - deyə kiçik Pluşenko bildirib.
Qeyd edək ki, sentyabrın 26-da Bakıda keçirilən yarışda Şarl Lekler finiş xəttini 4-cü sırada keçib, onun komanda yoldaşı Lyuis Hemilton isə 6-cı yeri tutub.
Namiq HUN
Yevgeni Pluşenko
Aleksandr Pluşenko
Azərbaycan Qran-prisi
Formula-1
Şarl Lekler
Namiq HUN
Todaypress.tv