Halqalar üzərində möhtəşəm şou: Simonov Parisdə fəxri kürsüyə yüksəldi!

Halqalar üzərində möhtəşəm şou: Simonov Parisdə fəxri kürsüyə yüksəldi!
28.09.2026 13:35 İdman

Azərbaycanın idman gimnastı Nikita Simonov Fransanın paytaxtı Parisdə təşkil olunan "Challenge" seriyalı Dünya kubokunda uğurla çıxış edərək fəxri kürsüyə qalxıb.

TodayPress TV xəbər verir ki, təmsilçimiz 25–27 sentyabr tarixlərində baş tutan turnirdə bürünc medala sahib olub.

Halqalarla proqramda mübarizə aparan Simonov təsnifat mərhələsində 14.033 xal toplayaraq 4-cü sırada qərarlaşıb və finala vəsiqə qazanıb.

Həlledici mərhələdə çıxışını daha da təkmilləşdirən idmançımız hakim heyətindən 14.133 xal alaraq mötəbər turnirin bürünc medalını boynundan asıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər