Bakıdakı zəfərə dünya ulduzundan reaksiya: Yannik Sinnerdən Rasselə təbrik!

Bakıdakı zəfərə dünya ulduzundan reaksiya: Yannik Sinnerdən Rasselə təbrik!
28.09.2026 14:11 İdman

Beşqat "Böyük Dəbilqə" çempionu, dünyanın bir nömrəli raketkası, italiyalı tennisçi Yannik Sinner "Formula-1" üzrə Azərbaycan Qran-prisində "Mersedes"in britaniyalı pilotu Corc Rasselin qələbəsinə reaksiya verib.

TodayPress TV xəbər verir ki, Rasselin qalibiyyətdən sonra sosial şəbəkədə etdiyi paylaşımı öz hesabında bölüşən Sinner, "Təbriklər, Corc!" sözlərini yazaraq kubok və alqış emojiləri əlavə edib.

Qeyd edək ki, Böyük Britaniya təmsilçisi Corc Rassel "Formula-1"in fərdi hesabında 236 xalla 2-ci pillədə qərarlaşıb. Yannik Sinner isə dizindəki zədə səbəbindən hazırda ATP turnirlərində iştirak etmir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər