Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal!

Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal!
28.09.2026 13:59 İdman

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində böyük uğura imza atıblar.

TodayPress TV xəbər verir ki, cüdoçularımız beynəlxalq yarışı ümumilikdə 1 qızıl, 2 gümüş və 2 bürünc medalla tamamlayıblar.

Turnirin yeganə qızıl medalını G-10 divizionunda bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Kamran Quliyev qazanıb.

G-2 divizionunda mübarizə aparan Sadiq Nəzirov və kata yarışlarında çıxış edən Adilə Niftəliyeva turnirin gümüş medallarına sahib olublar. 

A.Niftəliyeva, həmçinin G-24 divizionunda bürünc medala yiyələnib. Komandamızın aktivinə ikinci bürünc medalı isə G-7 divizionunu 3-cü sırada başa vuran Yusif Nəsirli yazdırıb. 

Namiq HUN

TodayPress TV

FOTOLAR

Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 1
Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 2
Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 3
Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 4
Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 5
Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 6
Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 7
Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 8
Sarayevoda Azərbaycan zəfəri: Xüsusi olimpiyaçılarımızdan 5 medal! — 9
XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər