Kanadalı ulduzdan Oveçkinə böyük tərif: "Bütün zamanların ən yaxşısı!"
"Salavat Yulayev" klubunun kanadalı müdafiəçisi Din Styuart "Vaşinqton Kepitals"ın rusiyalı hücumçusu Aleksandr Oveçkin barədə düşüncələrini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə "Çempionat" nəşrinə müsahibəsində deyib.
"Oveçkin haqqında nə düşünürəm? O, Məşhur Hokkey Liqasının (NHL) bütün zamanlarının ən yaxşı snayperidir! Uşaqlıqda onun çıxışlarını izləməkdən böyük zövq alırdım. Düşünürəm ki, Aleks hokkeyə böyük xidmət edir. Onun oyunu çox baxımlıdır və haqqında həmişə yalnız yaxşı sözlər deyilir. Mediada Oveçkin barədə heç vaxt mənfi rəy görə bilməzsiniz - ancaq pozitiv xəbərlər var. Bütün ömrüm boyu onun böyük azarkeşi olmuşam", - deyə Styuart bildirib.
Namiq HUN