Yunanıstanın ayarı qaçdı: Türkiyəni necə vuracaqlarını açıqladılar...
Yunanıstan Türkiyəyə qarşı "ilk zərbə planı"nı açıqladı.
TodayPress TV xəbər verir ki, Yunanıstanın "Ta Nea" qəzetində Türkiyəyə qarşı mümkün hərbi əməliyyatla bağlı 4 mərhələdən ibarət ssenari dərc olunub.
Qəzet yazır ki, Türkiyənin qoşunlarını sahilə doğru hərəkət etdirməsi, desant gəmilərini yükləməsi və raket sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirməsi mümkün hücumun başlanğıcı kimi qiymətləndirilə bilər. Belə bir vəziyyətdə Yunanıstanın qabaqlayıcı zərbə endirməsi nəzərdə tutulur.
Ssenariyə əsasən, ilk mərhələdə Türkiyənin hərbi hazırlıqları peyklər və müttəfiq kəşfiyyat vasitəsilə izləniləcək. Daha sonra radar sistemlərinin sıradan çıxarılması və hərbi rabitənin pozulmasına yönələn addımların atılacağı bildirilir.
Növbəti mərhələdə Dalaman, Balıkəsir və Çiğli kimi hava bazalarına zərbələr endirilməsi, həmçinin Yunanıstan adalarından atılan raketlərlə desant gəmilərinin limanlarda olarkən hədəfə alınması nəzərdə tutulur.
Qəzetin yazdığına görə, bundan sonra ABŞ, NATO və Avropa İttifaqının atəşkəs üçün diplomatik müdaxiləsi gözlənilir. İddia olunur ki, bu halda Yunanıstan danışıqlara daha əlverişli mövqedən başlaya bilər.
Məqalədə belə bir qabaqlayıcı hücumun müharibənin nəticəsini 24 saatdan az müddətdə müəyyən edə biləcəyi də irəli sürülür.
Türkiyə mediası yayılan ssenarini “şok hücum planı” kimi təqdim təqdim edib.
Jalə Rövşən