Dünyanın ən güclüləri Bakıda toplanır: Üzgüçülərimizdən böyük sınaq!

Dünyanın ən güclüləri Bakıda toplanır: Üzgüçülərimizdən böyük sınaq!
28.09.2026 17:34 İdman

Bakının ev sahibliyi edəcəyi üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib. 

TodayPress TV xəbər verir ki, möhtəşəm yarışda ölkəmizi 16 üzgüçü təmsil edəcək.

Dünyanın ən güclü idmançılarının mübarizə aparacağı Bakı mərhələsində millimizin heyətində Ramil Vəlizadə, Əbdürrəhman Rüstəmov, Səid Həmidov, Süleyman İsmayılzadə, Oqtay Hüseynov, Fərhad Şirməmmədli, Ramal Sadiqov, Amin Oruclu, Fatimə Alkərəmova, Məryəm Cavadova, Anastasiya Boborıkına, Anastasiya Qnussina, Mehri Əbdürrəhmanlı, Vlastilina Xasyanova və Yeqor Maynitski qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, beynəlxalq turnir oktyabrın 1-dən 3-dək Bakı Su İdmanı Sarayında baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər