ABŞ Litvaya hərbçi yığır - Oktyabrın sonunadək...
ABŞ hərbçilərinin Litvadakı mövcudluğu əvvəlki səviyyədə qalacaq, lakin Avropada amerikalı hərbçilərin sayı azalacaq.
TodayPress TV xəbər verir ki, bunu Litva Prezidenti Qitanas Nauseda təhlükəsizlik sahəsindəki vəziyyətlə bağlı danışarkən bildirib.
"Mövcudluq səviyyəsinin eyni qalacağı Litvadan fərqli olaraq, Avropada amerikalı hərbçilərin sayı az olacaq. ABŞ administrasiyası bizə siqnallar göndərir ki, avropalılar öz təhlükəsizliklərinə görə daha böyük məsuliyyət daşımalıdırlar", - deyə o vurğulayıb.
Litva Müdafiə Nazirliyinin keçən həftə verdiyi bəyanata görə, ABŞ ordusunun iki batalyonu oktyabrın sonunadək Baltikyanı respublikaya gələcək. Batalyonlardan biri hərbi texnika, o cümlədən "Abrams" tankları ilə təchiz olunmuş ağır batalyon, digəri isə mühəndis batalyonu olacaq. Şəxsi heyətin ümumi sayı təxminən 1 min hərbi qulluqçudur.
Aysel Mətləb