SON DƏQİQƏ: Rusiya dronu Polşa sərhədindəki keçid məntəqəsini hədəf aldı - VİDEO
Rusiyaya məxsus reaktiv dron Volında, Polşa ilə tam sərhəddə yerləşən "Yaqodin" keçid məntəqəsinin yaxınlığına yenidən zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "BBC News Ukrayna" Dövlət Sərhəd Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
İlkin məlumatlara əsasən, dron keçid məntəqəsinin özünə dəyməyib. Yayılan videolarda onun insanların və sərhəd infrastrukturunun yaxınlığında, meşəliyə düşdüyü görünür.
Saat 18:00 radələrində (Bakı vaxtı ilə 19:00) Ukrayna Hərbi Hava Qüvvələri Volın üzərində qərbə, Polşa sərhədinə doğru hərəkət edən reaktiv dron barədə məlumat yayıb. Polşa həyəcan siqnalı ilə qırıcıları səmaya qaldırıb, yerüstü HHM sistemlərini və radiolokasiya kəşfiyyatını hazır vəziyyətə gətirib. Lyublin voyevodalığında həyəcan sirenləri çalınıb, Lyublin və Jeşuv aeroportları işini müvəqqəti dayandırıb.
Aysel Mətləb