Yaponiya və Fransa kosmosda sıx əməkdaşlığa hazırlaşır
Dünya
19.03.2026 15:49
Yaponiya və Fransa kosmosda daha sıx müdafiə əməkdaşlığını araşdırırlar.
TodayPress TV "Nikkei"yə istinadən xəbər veri ki, bunu Fransa Kosmik Komandanlığının rəhbəri general-mayor Vinsent Şuso Yaponiyaya səfəri ərəfəsində bildirib.
O, Yapopniyada Müdafiə Nazirliyinin, Özünümüdafiə Qüvvələrinin və Kosmik Əməliyyatlar Qrupunun nümayəndələri ilə görüşüb.
Cənab Şuso səfərdən əvvəl bildirib ki, ikitərəfli peyk məlumatlarının mübadiləsini, eləcə də birgə təlimlərdə və hərbi əməliyyatlarda iştirakı təklif etmək istəyir.
O əlavə edib ki, Yaponiya müdafiə və kosmik texnologiyalarını fəal şəkildə inkişaf etdirir.
Yaponiya ordusunun nümayəndələrinin də yaxın zamanda Tuluzada Fransa Kosmik Komandanlığının qərargahına baş çəkməsi gözlənilir. Fransa Hərbi Hava Qüvvələrinin bu bölməsi 2019-cu ildə yaradılıb.
Nəşrin məlumatına görə, Fransa Avropada kosmik müdafiə sahəsində liderdir.
Jalə Rövşən
tag: Yaponiya , Fransa,Vinsent Şuso ,Kosmos,Todaypress.tv,
