Ukraynanın ticarət kəsiri 44 milyard dolları ötdü

Ukraynanın ticarət kəsiri 44 milyard dolları ötdü
15.02.2026 00:00 Dünya

2025-ci ildə Ukraynanın mənfi xarici ticarət balansı 44 milyard dolları ötüb.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında bildirilib.

Məlumata əsasən, ötən il ərzində xarici ticarət dövriyyəsi 125,1 milyard dollar təşkil edib.

Ukraynanın 2024-cü il üzrə ticarət kəsiri 29,1 milyard dollar təşkil etmişdi.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər