Türkiyədə qar uçqunu baş verdi

Türkiyədə qar uçqunu baş verdi
31.12.2025 18:05 Dünya

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində qar uçqunu baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Artvin valisi Turan Ergün məlumat verib. Vali bildirib ki, uçqun nəticəsində ərazidə olan çobanların qar altında qalmış ola biləcəyi ehtimal edilir.

Onun sözlərinə görə, bölgədə hava şəraiti əlverişsizdir. Buna baxmayaraq, Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) və digər aidiyyəti qurumların xilasetmə qrupları çətin şəraitdə hadisə yerinə çatmağa çalışırlar.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər