Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var

Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var
20.06.2026 23:35 Dünya

Türkiyənin İsparta vilayətində turistləri gəzdirən mikroavtobusun idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

TodayPress TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspartanın Gelendost rayonunda baş verən hadisə nəticəsində yaralanan 16 nəfərdən 5-inin vəziyyəti ağırdır.

Məlumata görə, mikroavtobusun sürücüsü güclü yağış səbəbilə idarəetməni itirib.

Daha sonra içərisində sərnişinlərin olduğu mikroavtobus dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər