Türkiyə Rusiya-Ukrayna danışıqlarına yenidən ev sahibliyi etməyə hazırdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya ilə Ukrayna arasında yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ankarada keçirilən mətbuat konfransında bildirib.
"Təkrar edirəm ki, danışıqların növbəti mərhələsini mümkün qədər tez keçirməyə hazırıq. Ümid edirik ki, bu məsələnin həllinə yönəlmiş diplomatik səylər tezliklə beynəlxalq hüququn fundamental prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq davamlı və ədalətli sülhə gətirib çıxaracaq”, - deyə nazir vurğulayıb.
Aysel Mətləb